
iPad 2018 modelinin dizaynı sızdırılmış məlumat sayəsində təsdiqləndi
Elm & Texnologiya
02.08.2018
Emil
Bugün Apple şirkətinin iPad Pro modelinin dizaynında nəzərə
çarpacaq dəyişiklik edəcəyi barəsində təkzib olunmaz sübut ortaya çıxıb. Yeni
sızdırılmış məlumata əsasən şirkətin iPad Pro modeli ekran ətrafı çərçivələrdən
və fiziki Home düyməsindən məhrum olacaq. Belə ki, iOS 12 əməliyyat sisteminin
beta versiyasında sözügedən dəyişiklikləri özündə əks etdirən iPad modelinin
ikonu aşkar edilib. Məhz bu üsulla keçən ilin İyul ayında HomePod cihazının
sistem yenilənməsində iPhone X barəsində məlumat aşkar edilmişdi. Bundan əlavə
olaraq məşhur analitik Ming-Chi Kuo da dəfələrlə yeni iPad modelinin eyni
korpus ölçüsünü saxlayaraq böyük ekranla təchiz olunacağı barəsində məlumat
verib. Bu cür dəyişiklik əslində heç də pis olmazdı. Belə ki, smartfon
bazarında cihazların dizaynları sürətli şəkildə dəyişdiyi bir vaxtda həm
Android həmdə iOS üzərində çalışan planşetlərin dizaynları son bir neçə il ərzində
dəyişilməz olaraq qalır.
Paylaş
Bənzər xəbərlər