main-post-cover

    iPad Air (2020) planşeti barəsində yeni məlumatlar verildi

    Elm & Texnologiya
    20.04.2020
    Emil Nəcəfov
        Bir neçə müddət bundan öncə Apple şirkəti yenilənmiş iPad Pro-nu təqdim etmişdi. Lakin iPad Air modelinin satışa çıxmasından artıq 1 ildən çox zaman keçib. Sızdırılmış yeni məlumata əsasən yenilənmiş iPad Air modeli bu il satışa çıxacaq. Lakin bu dəfəki iPad Air modeli tamamilə yeni dizayna sahib olacaq. Bu barədə Phonerena saytı xəbər verib.
        Amerikalı insayder Jon Prosser-in sözlərinə əsasən bu ilin sentyabr ayında Apple şirkəti A14X Bionic prosessoruna və 5G şəbəkə dəstəyinə sahib yeni iPad Pro ilə birlikdə həmçinin yenilənmiş iPad Air modelini də təqdim edəcək. Verilmiş yeni məlumata əsasən dördüncü nəsil iPad Air modeli Mini-LED texnologiyası üzrə hazırlanmış 11 düym ekrana sahib olacaq və hər tərəfdən eyni nazikliyə sahib çərçivələr ilə əhatə olunacaq.
        Beləliklə o, xarici görünüşcə 11 düym ekrana sahib iPad Pro-nu xatırladacaq. Bundan əlavə olaraq yeni iPad Air modelinin sahib olacağı daha bir özəllik isə ekrana inteqrasiya ediləcək Touch ID texnologiyası olmalıdır. Güman edilir ki, iPad Air (2020) A14 Bionic prosessoru ilə təchiz olunacaq. iPad Pro-dan fərqli olaraq iPad Air modeli LiDAR sensoruna sahib olmayacaq. 
    Linki kopyala