main-post-cover

    iPad Mini 5 haqqında yeni məlumatlar ortaya çıxdı

    Elm & Texnologiya
    24.12.2018
    Farid Pardashunas
        İnternetdə beşinci nəsil iPad Mini modelinin keysinin ilk fotosu təqdim olunub. Keys fotosundan belə qənaətə gəlmək olar ki, iPad Mini 5 ikili arxa kameraya və arxa panelin mərkəzində yerləşəcək mikrofona sahib olacaq. Sözügedən foto Slashleaks saytı tərəfindən təqdim edilib. Fotodan da görmək olar ki, keysin arxasında şaquli şəkildə yerləşdirilmiş ikili kamera hissəsi var. Bundan əlavə olaraq keysin yuxarı hissəsinin mərkəzində kiçik dairəvi hissə yerləşir. Jurnalistlərin fikrincə həmin hissədə planşetin mikrofonu yerləşəcək.

        Planşetin ənənəvi 3.5 mm-lik audiogirişə sahib olub-olmayacağı hələki məlum deyil. Fotoda görmək olar ki, planşetin yuxarı hissəsində xüsusi çıxıntı hissə var. Həmin çıxıntı hissənin audiogiriş üçün nəzərdə tutulub-tutulmadığı tam aydın deyil. Bundan əlavə olaraq iPad Mini 5-in Liquid Retina texnologiyalı ekrana və Face ID sisteminə də sahib olması barədə bəzi şübhələr var. Bir sıra məlumatlara əsasən yeni iPad Mini gələn ilin əvvəlində təqdim olunacaq və 300$ qiymətində satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər