main-post-cover

    iPad Pro 2018 barəsində yeni məlumatlar ortaya çıxdı

    Elm & Texnologiya
    20.09.2018
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə iOS 12.1 əməliyyat sistemində bu il satışa çıxması gözlənilən yeni iPad Pro planşeti barəsində məlumatlar aşkar edilmişdi. İndi isə iOS 12.1 üçün olan XCode Simulator-da planşetdə olacaq yeni texnologiyalar barəsində məlumatlar tapılıb. Əsasən həmin məlumatlarda qeyd olunub ki, yeni planşet modelində Lightning girişi USB-C girişi ilə əvəz olunacaq və planşetin özü xarici 4K ekranları dəstəkləyəcək. Hal hazırda iOS cihazlarının xarici 4K ekranları dəstəkləməsi mümkün deyil.
        Lightning Digital AV Adapter vasitəsilə xarici ekrana 1080p keyfiyyətində videonu inteqrasiya etmək olar. Lakin yeni məlumatlara əsasən yeni nəsl planşet həmçinin 3840x2160 keyfiyyətində videoları da dəstəkləyəcək. Bu isə o deməkdir ki, istifadəçilər yeni iPad Pro modelini USB-C vasitəsilə xarici ekranlara qoşa biləcəklər. Görünür, şirkət yavaş-yavaş Lightning girişindən də imtina etməyə hazırlaşır. Həmin giriş gec-tez iPhone modellərindən də çıxarıla bilər. iPad və ya iPhone cihazının xarici ekrana qoşulu olduğunu təsəvvür edin. Bu halda iPad və ya iPhone sadəcə olaraq sensorlu klaviatura rolunu oynayacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər