
iPad Pro - Super kompüter artıq iki fərqli ölçüdə
Elm & Texnologiya
07.05.2017
Farid
Yeni bu günki konfransında iPad Pro-nun kiçik, 9.7 düyümlük versiyasını təqdim etdi. Kiçik model yeni A9X çipinə və Apple Pencil dəstəyinə malikdir.
Əslində bu iPad Air 2-nin yenilənmiş variantıdır. Sadəcə Apple ona Air 3 yox, iPad Pro adını verdi. Texniki cəhətlərə görə yeni iPad böyük "qardaşı" ilə tamamilə eynidir. Nəzərinizə çatdıraqki ilk dəfə Apple planşetlərinə Retina Flash quraşdırıb. Yeni iPad-ın artıq 4 audio çıxışa var və bu çıxışlar planşetin hər bir tərəfində yerləşir.
Apple yeni planşeti ilə birlikdə istifadəçilərə Smart Keyboard almağıda məsləhət görür. Planşet yeni True Tone ekranına malikdir. Display artıq işığı 40% daha az əks etdirir. Apple yeni planşetini bazardakı ən parlaq ekranlı cihaz olduğunu fəxrlə bildirdi.
Yeni iPad Pro mini-nin qiyməti 599$-dan başlayır. Artıq 256GB-lıq modellərdə satışa çıxır. Planşet isə satışa 24 martdan etibarən çıxır
Paylaş
Bənzər xəbərlər