main-post-cover

    iPhone 11-in mümkün təqdimat tarixi ortaya çıxdı

    Elm & Texnologiya
    16.08.2019
    Farid Pardashunas
        Sentyabr ayının yaxınlaşması ilə Apple şirkətinin yeni iPhone modelləri barəsində daha çox məlumat ortaya çıxmağa davam edir. İndi isə iOS 13 əməliyyat sisteminin beta versiyası yeni iPhone modellərinin mümkün təqdimat tarixləri barəsində məlumatı ortaya çıxardıb. Bu barədə iHelpbr.com saytına istinadən Gagadget saytı xəbər verib.
        Beləliklə yeni iPhone modellərinin təqdimat tarixlərinə işarə HoldForRelease adlı iOS 13 Beta 7-nin screenshotunda aşkar edilib. Həmin screenshotun təqvim hissəsində isə 10 sentyabr tarixi əks olunub. 10 sentyabr tarixi çərşənbə axşamına təsadüf edir. Bu isə Apple şirkətinin ən sevdiyi təqdimat günüdür. Qeyd etmək lazımdır ki, son 2 il ərzində iPhone modellərinin təqdimatları 12 sentyabr tarixində baş tuturdu.

        2016-cı ildə isə iPhone 7-nin təqdimatı 7 sentyabr tarixində baş tutmuşdu. Bununla yanaşı yeni iPhone modellərinin təqdimatlarının məhz 10 sentyabr tarixində baş tutacağı barəsində jurnalistlər də məlumat vermişdilər. Onların fikrincə 10 sentyabr tarixi yeni iPhone modellərinin təqdimatları üçün ən ideal tarixdir. İndi isə şirkətin rəsmi açıqlamasını gözləmək qalır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər