iPhone 11 Pro Max'ın batareyası flaqman Android smartfonların batareyaları ilə müqayisə edilib (VİDEO)

iPhone 11 Pro Max'ın batareyası flaqman Android smartfonların batareyaları ilə müqayisə edilib (VİDEO)

Texnologiya
25.09.2019 PAYLAŞIM

    Apple heç zaman öz iPhone modellərini böyük həcmli batareyalar ilə təchiz etməyib. Lakin iPhone 11 Pro Max modeli 4000 mAh-a yaxın batareya həcminə sahibdir. Bloqqerlər öyrəniblər ki, bu cür batareya həcmi vasitəsilə yeni iPhone modeli Android əməliyyat sistemi ilə çalışan flaqman smartfonlardan daha çox çalışır yoxsa yox.

    Bu barədə 9to5mac saytı xəbər verib. Batareyaların avtonomluq testində 5 smartfon modeli iştirak edib. Test çərçivəsində hər 5 smartfonda eyni anda müxtəlif tətbiqlər işə salınıb. Bununla yanaşı test zamanı işə salınmış tətbiqlər digərləri ilə əvəz olunmuş və bəzi anlarda videolar oynadılmışdı. Sözügedən testin nəticələri isə aşağıdakı kimidir:


- 6.53 düym ekrana və 4500 mAh enerji tutumlu batareyaya sahib Huawei Mate 30 Pro - 8 saat 13 dəqiqə

- 6.5 düym ekrana və 3969 mAh enerji tutumlu batareyaya sahib iPhone 11 Pro Max - 8 saat 32 dəqiqə

- 5.8 düym ekrana və 3190 mAh enerji tutumlu batareyaya sahib iPhone 11 Pro - 6 saat 42 dəqiqə

- 6.1 düym ekrana və 3046 mAh enerji tutumlu batareyaya sahib iPhone 11 - 5 saat 2 dəqiqə

- 6.8 düym ekrana və 4300 mAh enerji tutumlu batareyaya sahib Galaxy Note 10 Plus - 6 saat 31 dəqiqə.

    Enerjisi ilk bitən smartfon modeli iPhone 11 olub. Onun enerjisi bitən zaman digər smartfonlar 30% daha çox enerji ehtiyyatına sahib idilər. Mate 30 Pro ilə iPhone 11 Pro Max isə eyni səviyyədə bir-biri ilə mübarizə aparırdılar. Belə ki, Mate 30 Pro modeli 47% enerjiyə, iPhone 11 Pro Max isə 48% enerjiyə sahib idi. 6 saat yarımdan sonra Galaxy Note 10 Plus modelinin, bir qədər sonra isə iPhone 11 Pro modelinin enerjisi bitib. Nəticədə 8 saat 13 dəqiqə çalışandan sonra Mate 30 Pro-nun da enerjisi bitib. Mate 30 Pro-nun enerjisi bitəndən sonra iPhone 11 Pro Max modeli daha 19 dəqiqə çalışa bilib. Beləliklə bu testin qalibi iPhone 11 Pro Max olub.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Çində kriptovalyutalar ilə bağlı bütün tranzaksiyalar qadağan olunub

Çin Xalq Bankı kriptovalyutalarla bağlı olan istənilən tranzaksiyaların qanunsuz və qadağan olduğunu..


Avropa Komissiyası bütün cihazların şarjları üçün USB Type-C-ni vahid standarta ..

Gözlənildiyi kimi Avropa Birliyinin icraçı orqanı olan Avropa Komissiyası smartfon və digər elektron..


Apple şirkətinin AR cihazı barəsində yeni məlumatlar verilib

iPhone 13-ün təqdimatından sonra Apple şirkəti çoxlu sayda tənqidə məruz qaldı. Lakin verilmiş yeni ..


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..


İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər..

Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessor..


SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlan..

×