main-post-cover

    iPhone 11 Pro və iPhone 11 Pro Max'ın sürətli şarj texnologiyası test olunub

    Elm & Texnologiya
    26.09.2019
    Farid Pardashunas
        iPhone 11 Pro Max smartfon bazarında enerjisini ən gec bitirən modellərdən biri oldu. Lakin Apple şirkəti yeni iPhone modellərinin batareya həcmləri ilə yanaşı onların şarj olunma sürətlərini də təkmilləşdirib. İlk dəfə olaraq şirkət yeni iPhone modellərinin komplektlərinə sürətli şarj naqilini təqdim edir. PhoneArena saytının əməkdaşları isə bu naqilin yeni iPhone modellərini nə dərəcədə sürətli şarj etdiyini öyrəniblər.
        Qeyd etmək lazımdır ki, 18 vatt gücündə olan naqil sadəcə iPhone 11 Pro və iPhone 11 Pro Max modellərinin komplektlərində mövcuddur. Adi iPhone 11-in komplektində isə həmin köhnə 5 vatt gücündə olan naqil var. Bununla belə hər 3 iPhone modeli sürətli şarj texnologiyasını dəstəkləyir. Beləliklə yeni iPhone modellərinin sürətli şarj nəticələri aşağıdakı kimidir.
    iPhone 11 Pro:
    - 15 dəqiqə - 28%
    - 30 dəqiqə - 55%
    - 45 dəqiqə - 74%
    - 1 saat - 85%
    - 1 saat 15 dəqiqə - 94%
    - 1 saat 30 dəqiqə - 98%
    - 1 saat 42 dəqiqə - 100%.
    iPhone 11 Pro Max:
    - 15 dəqiqə - 24%
    - 30 dəqiqə - 47%
    - 45 dəqiqə - 70%
    - 1 saat - 82%
    - 1 saat 15 dəqiqə - 90%
    - 1 saat 30 dəqiqə - 95%
    - 1 saat 45 dəqiqə - 98%
    - 1 saat 57 dəqiqə - 100%.
        Təqdim olunmuş qrafikdən də göründüyü kimi sürətli şarj naqili vasitəsilə yeni iPhone modelləri əvvəlki modellər ilə müqayisədə enerjini 2 dəfə daha sürətli yığırlar. Lakin onlar yenə də öz rəqiblərinə bu mövzuda uduzurlar. Məsələn OnePlus 7 Pro smartfonu 30 vatt gücündə olan standart şarj cihazı vasitəsilə 100% enerjini 76 dəqiqəyə, Huawei P30 Pro isə 40 vatt gücündə olan şarj cihazı vasitəsilə 100%-ni 1 saata yığır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər