main-post-cover

    iPhone 12 ilə bağlı pis xəbərlər var: iPhone 11 ilə eyni olacaq

    Elm & Texnologiya
    21.01.2020
    Nijat Hamid
            Apple şirkəti növbəti flaqman model ailəsi olan iPhone 12 üzərində işləyir. Keçən aylarda iPhone 12-lər ilə bağlı bəzi məlumatları sızdıran Macotakara saytı bu səfər heç də xoş olmayan xəbərlər sızdırdı. Belə ki, yeni iPhone 12 ailəsi görünüş olaraq iPhone 11 ilə eyni olacaq. Yəni fərqli bir şeylər görməyə bilərik.

    Yaponiya mərkəzli Macotakara saytının sızdırdığı məlumatlara görə yeni iPhone seriyasında iPhone 11-dəki dizayn üslubundan istifadə ediləcək.

            Əvvəlki təxminlərə görə Apple, ikonik iPhone 45-dəki dizayna geri qayıdacaqdı. Ekran çərtiyi olmayacaqdı. Lakin yeni sızdırılan məlumatlarda şirkətin iPhone 11-dəki dizayn ilə yola davam edəcəyi söylənilir. Tək fərq isə yeni iPhone-ların uzunluq və enlərində fərqin olması olacaq. Belə ki, 5.4 düymlük ekranı olan iPhone 12, iPhone 8SE arasında bir en/uzunluğa malik olacaq. 2-ci iPhone modelinin ekranı 6.1 düym olacaq və iPhone 11 Pro ilə iPhone 11 Pro Max arasında ölçülərə malik olacaq. Ən böyük ekranı olacaq olan iPhone 12 isə 6.7 düym ekran ilə iPhone 11 Pro Max-dan daha uzun olacaq. 
            iPhone 12 ailəsindəki modellərin qalınlıqları da fərqli olacaq. Ən az 1 modelin iPhone 11 Pro-dan daha incə olması gözlənilir. Yeni modellərin bu ilin sonlarında təqdim edilməsi gözlənilir.
    Linki kopyala