iPhone 12 istifadəçilərə fərqli nə yeniliklər verəcək?

iPhone 12 istifadəçilərə fərqli nə yeniliklər verəcək?

Texnologiya
06.12.2019 PAYLAŞIM

        Apple şirkəti iPhone 11 təqdimatı ilə bağlı çox tənqid edilmişdi. Yeni iPhone-ların ciddi yeniliklər gətirməməsi və qiymətlərin buna baxmayaraq baha olması istifadəçiləri qəzəbləndirmişdi. 3 ay əvvəl yeni iPhone 11 telefonlarının təqdim edilməsinə baxmayaraq artıq iPhone 12 ilə bağlı məlumatlar aşkarlanır. Apple növbəti ilin flaqmanları üçün ciddi hazırlıqlara başlayıb və görünən odur ki, Android rəqiblərindən heç də geri qalmamağa çalışacaq.

iPhone 12-də barmaq izi sensorları geri qayıdır. Ekrana inteqrasiya edilmiş barmaq izi texnologiyasından istifadə ediləcək. 


        Economic Daily News tərəfindən sızdırılan məlumatlara görə 2020-ci ildə istehsal olunacaq növbəti flaqman iPhone modelləri ekrana inteqrasiya edilmiş barmaq izi sensoru olan ilk iPhone modelləri olacaq. Növbəti həftələrdə Apple rəsmilərinin iPhone istehsalçısı Foxconn ilə bu haqda danışıqlar edəcəyi də deyilir. Güman edilir ki, yeni iPhone 12-lərdə Ultrasonik barmaq izi sensorlarından istifadə ediləcək. Bu texnologiyanı daha əvvəl Galaxy S10Note 10 modellərində görmüşdük. Digər barmaq izi sensorlarından fərqli olaraq Ultrasonik sensorlarda barmağınız sulu olsa belə sensor barmağı tanıyaraq cihazı kiliddən çıxara bilir. Həmçinin Apple şirkətinin barmaq izi sensoru texnologiyasına malik şirkətlər ilə görüşdüyü, hətta özlərinə məxsus yeni bir texnologiya hazırladıqlarından belə bəhs edilir. 

Gələn il 4 iPhone 12 modeli təqdim olunacaq və hamsı 5G dəstəkləyəcək. Lakin bu 5G-lər arasında sürət fərqləri olacaq.

        Digər sızdırılan məlumatlar isə yeni iPhone 12-lərin sayı və istifadə ediləcək texnologiyalar ilə bağlıdı. Əldə olunan məlumatlara görə gələn il 4 iPhone 12 modeli təqdim ediləcək. Bunlardan 2-si Standart iPhone 12 olduğu halda, digər ikisi Pro versiya olacaq. Hər 4 model 5G dəstəkləyəcək, lakin standart versiyalarda 6 Ghz tezlik zolağından daha azını istifadə edən qismən yavaş 5G texnologiyasını dəstəkləyərkən, Pro versiyalarda isə mmWave adı verilən və ən sürətli 5G bağlantısını təmin edən texnologiya istifadə ediləcək. Qeyd edək ki, Standart versiyalarda 2 arxa kamera olduğu halda Pro adlandırılan versiyalarda 3 arxa kamera sistemi və World-Facing 3D Sensing adı verilən şəkillərdə dərinlik aşkarlama texnologiyasına malik olacaq. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yeni smartfonlarda niyə qulaqlıq girişi yoxdur?

Smartfon istehsalı hər 3-4 ildə bir inqilabi dəyişiklik keçirir. Son illərdə baş verən ən böyük dəyi..


Elon Musk Super Heavy raketinin Raptor mühərriklərini sərgiləyib

Elon Musk SpaceX şirkətinin çoxistifadəli Super Heavy ağır raketinin Raptor mühərriklərini sərgiləyi..


Instagram-da yeni funksiya - Fake profillərlə təqib bloklanacaq (VİDEO)

Instagram-a gələcək Limits adlı funksiya ilə fake profil yaradaraq başqalarını söymək və təqib etmək..


Elon Musk Apple şirkətini sərt şəkildə tənqid edib

Rüb hesabatlarının təqdim olunması zamanı Tesla-nın CEO-su Elon Musk digər böyük texnoloji şirkəti ə..


Neuralink-in beyin implantı fikir gücü vasitəsilə smartfonlardan istifadə etmək ..

Elon Musk-ın Neuralink şirkəti öz beyin implantının artıq bir neçə uğurlu testini reallaşdırıb. Laki..


Hansı batareya daha yaxşıdır? Li-ion vs Li-Po

Lithium-ion yoxsa lithium polymer batareya? Hansı daha yaxşıdır? Fərqləri və haqqında bütün məlumatl..

×