iPhone 12-nin istehsalı 1 ay təxirə salınıb
Elm & Texnologiya
27.04.2020
Farid Pardashunas
The Wall Street Journal saytı öz mənbələrinə istinadən xəbər verib ki, Apple şirkəti iPhone 12 smartfon seriyası barəsində olan planlarına dəyişiklik edib. Belə ki, verilmiş məlumata əsasən Apple şirkəti iPhone 12 modellərinin istehsalını 1 ay sonraya təxirə salıb. Beləliklə sözügedən smartfon seriyasının cihazlarının istehsalı iyuldan sentyabra kimi reallaşdırılacaq.
Bu cür qərarın verilməsinin əsas səbəbi isə koronavirus pandemiyasıdır. Çində istehsal prosesləri hələ təzə-təzə yenidən işə düşməyə başlayırlar. Lakin buna baxmayaraq Apple əməkdaşları istehsalat ilə bağı bütün məsələləri uzaqdan idarə etməyə çalışırlar və indiki vəziyyətdə fiziki olaraq Çinə səfər edə bilmirlər.
Təbii ki, bu o demək deyil ki, iPhone 12 seriyasının təqdimatı mütləq şəkildə təxirə salınacaq. Lakin hər şey buna doğru gedir. Bundan əlavə olaraq analitiklərin proqnozlarına əsasən iPhone 12 seriyasının təqdimatı və satışı minimum 1 ay təxirə salınacaq. Həmçinin istehsalat prosesinin gecikdirilməsi öz növbəsində istehsal olunacaq smartfonların saylarına da təsir göstərəcək. Belə ki, smartfonların istehsalı ilə bağlı olan sifarişin bir hissəsi gələn ilə keçiriləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək