main-post-cover

    iPhone 12-nin ön panelinin sxematik fotosu təqdim olundu

    Elm & Texnologiya
    20.04.2020
    Farid Pardashunas
        Amerikalı insayder Jon Prosser, yeni AirPods qulaqlığı barəsində məlumatdan sonra iPhone 12 smartfon modelinin ön panelinin sxematik fotosunu təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Təqdim edilmiş sxematik foto bir daha onu sübut edir ki, bu il təqdim olunacaq iPhone 12 seriyasında sonunda ekran üzərindəki çıxıntı hissənin ölçüsü kiçiləcək. Bundan əlavə olaraq təqdim edilmiş sxematik fotoda ekran ətrafından olan nazik çərçivələri və Face ID texnologiyasının sensorlarının yerləşdikləri yerləri görmək olar.
        Face ID texnologiyasının yerləşmə yerində heç bir dəyişiklik olmayacaq. Sadəcə olaraq sensorlar bir-birilərinə bir qədər daha yaxın olacaqlar. Qeyd etmək lazımdır ki, bu il Apple şirkətinin 4 ədəd iPhone 12 modeli təqdim etməsi gözlənilir. Son məlumat sıızntılarına əsasən koronavirus pandemiyası səbəbilə yeni iPhone modelləri gecikmə ilə satışa çıxacaqlar. Lakin onların təqdimatlarının sentyabr ayında baş tutacağı dəqiq şəkildə qeyd edilib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər