main-post-cover

    iPhone 12 smartfonlarının qiymətləri barəsində məlumat verildi

    Elm & Texnologiya
    01.05.2020
    Emil Nəcəfov
        İnternetdə iPhone 12 seriyası barəsində daha çox məlumat ortaya çıxmağa davam edir. İndi isə həmin seriyaya daxil olacaq smartfonların qiymətləri barəsində məlumat ortaya çıxıb. Bu barədə GSMarena saytı xəbər verib. İnsayder Jon Prosser-in verdiyi məlumata əsasən 6.1 düym ekrana, 5G şəbəkə dəstəyinə və LiDAR skanerinə sahib olacaq iPhone 12 Pro modeli 999$-dan satılmağa başlayacaq. Onun 6.7 düym Pro Max modelinin qiyməti 1099$-dan başlayacaq.
        Məlumata əsasən adi iPhone 12 modeli iki versiyada təqdim olunacaq. Birinci versiya 5.4 düym ekrana, ikinci versiya isə 6.1 düym ekrana sahib olacaq. Verilmiş məlumata inansaq, 5.4 düym ekrana sahib adi iPhone 12-nin qiyməti 649$-dan, 6.1 düym ekrana sahib ikinci versiyanın qiyməti isə 749$-dan başlayacaq. Smartfonların həəqiqətən də bu cür qiymətlərlə satılıb-satılmayacaqları yalnız təqdimat zamanı bilinəcək.
    Linki kopyala