
iPhone 15-lərdə olacaq A17 Bionic prosessorunun bəzi özəllikləri məlum olub
Elm & Texnologiya
10.08.2023
Emil
Apple şirkətinin gələn ay təqdim edəcəyi iPhone 15 smartfonlarında A17 Bionic adlı yeni prosessordan istifadə ediləcək. Heç istisna deyil ki, bu yeni prosessoru yalnız iPhone 15 Pro ilə iPhone 15 Pro Max əldə edəcəklər. İndi isə insayderlər A17 Bionic prosessoru barəsində bəzi məlumatları təqdim ediblər. Onların sözlərinə əsasən sözügedən prosessor 3 nanometrlik texnoloji proses əsasında hazırlanacaq.
Bununla yanaşı məlumatda qeyd edilib ki, A17 Bionic 6 ədəd CPU nüvəsinə, 6 ədəd GPU nüvəsinə sahib olacaq və onun maksimal çalışma tezliyi 3.7 GHz təşkil edəcək. İnsayderlər bildiriblər ki, bu texniki məlumatlar həqiqəti əks etdirirlər. Lakin şirkət A17 Bionic-in daha fərqli versiyasına sahib olmuş ola bilər. Üstəlik insayderlər əlavə ediblər ki, iPhone 15 Pro LPDDR5 standartlı 6 GB RAM ilə təchiz olunacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
