
iPhone 15 Pro smartfonlarında olacaq A17 Bionic prosessoru barəsində ilk məlumat verilib
Elm & Texnologiya
02.03.2023
Emil
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, bu ilki iPhone 15 Pro və iPhone 15 Pro Max smartfonlarında istifadə ediləcək A17 Bionic prosessoru 3 nanometrlik texnoloji proses əsasında hazırlanacaq. İndi isə Digitimes saytı bu məlumatı təsdiqləyib. Məlumatda qeyd edilib ki, iPhone 15 Pro smartfonları üçün nəzərdə tutulmuş A17 Bionic prosessoru TSMC şirkətinin 3 nanometrlik texnoloji prosesi əsasında hazırlanacaq.
Gözləntilərə əsasən A17 Bionic-dən əlavə olaraq Mac kompüterləri üçün nəzərdə tutulacaq Apple M3 prosessoru da 3 nanometrlik texnoloji proses əsasında istehsal ediləcək. Yeni texnoloji prosesə keçid öz növbəsində Apple şirkətinə yeni prosessorun performansını və enerji effektivliyini yüksəltməyə imkan verəcək. Qeyd etmək lazımdır ki, Apple şirkətinin prosessorları 5 nanometrlik texnoloji prosesə illər əvvəl keçid etmişdi.Gözləntilərə əsasən iPhone 15 ilə iPhone 15 Plus bu il A16 Bionic prosessoru ilə təchiz olunacaqlar.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
