main-post-cover

    iPhone 2019 modelləri barəsində yeni məlumatlar verilib

    Elm & Texnologiya
    30.04.2019
    Farid Pardashunas
        Yaponiyanın Macotakara adlı saytı bu il təqdim olunacaq iPhone modelləri barəsində bəzi məlumatları verib. Bu barədə Gagadget saytı xəbər verib. Məlumata əsasən Apple şirkəti bu ilki iPhone modellərinin komplektlərinə nəhayət ki, USB Type-C girişinə sahib 18 vatt gücündə şarj cihazını yerləşdirəcək. Lakin buna baxmayaraq smartfonların özləri Lightning girişi ilə təchiz olunacaqlar.

        Güman olunur ki, bu cür şarj cihazı vasitəsilə yeni iPhone modelləri 50% enerjini 30 dəqiqə ərzində yığa biləcəklər. Bu yenə də diqqət çəkən bir göstərici deyil. Məsələn Huawei P30 Pro smartfonu 30 dəqiqə ərzində 70% enerji yığa bilir. Qeyd etmək lazımdır ki, Apple bu il minimum 3 yeni iPhone modelini təqdim etməlidir. Məlumat sızıntılarına əsasən onlardan ikisi üçlü arxa kamera, biri isə ikili arxa kamera ilə təchiz olunacaq. Smartfonlar öz aralarında batareya həcmi, ekran ölçüsü və ekran matrisası baxımından fərqlənəcəklər. Yeni iPhone modellərinin bu ilin sentyabr ayında təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər