Logo
    main-post-cover

    iPhone 2G - 9 yaşında

    Bu gün "alma" smartfonu özününü 9-cu yaşını qeyd edir. 9 il bundan qabaq Steve Jobs səhnəyə çıxaraq Apple-ın ilk telefonunu təqdim etməklə mobil telefon bazarının gələcəyini tamamilə dəyişdi. 
     
    İstifadəçilər isə telefonun "dadına" təqdimatdan 6 ay sonra 2007-ci ilin İyun ayının 9-u baxa bildilər. Sensor ekranlı balaca cihaz istifadəçilər çoxlu funksiyalar təqdim edirdi. Telefona əlavə bir proqramı yazmaq mümkün olmasada - rahat interfeys və sensor ekranla asanlıqla işləmək telefonu tez bir anda istifadəçilər sevimlisinə çevirdi. 
     
     
    O gündən iPhone xeyli sayda dəyişikliklərə məruz qalıb və bu günə kimi 12 yeni iPhone modeli işıq üzü görüb. Bu il isə istifadəçilər yeni iPhone 7 və 7 Plus modellərini gözləyirlər. Həmçinin gəzən söz-səhbətlərə görə Apple kiçildilmiş ekranlı iPhone 6C-ləridə satışa buraxacaq. 

    Paylaş
    Bənzər xəbərlər