iPhone 6 anidən qadın sürücünün maşınında partladı (VİDEO)
Elm & Texnologiya
11.08.2018
Farid Pardashunas
İnternetdə qadın sürücünün öz avtomobilini idarə etdiyi
zaman smartfonunun bir anda alışdığının və bir neçə saniyədən sponra partladığının
əks olunduğu video yayılıb. Avtomobili idarə edərkən qadının iPhone smartfonu
bir anda alışmağa başlayıb. Tüstünün yayılması nəticəsində qadın panikaya düşərək
qışqırmağa başlayıb və avtomobili tez bir zamanda saxlamağa çalışıb. Bu zaman
isə smartfon partlayıb. iPhone 6 modelinin sahibi olan həmin qadının sözlərinə əsasən
smartfonun alışması onun batareyasındakı nasazlıq səbəbilə baş verib.
Qadın
bildirib ki, smartfona yeni batareya Çində mobil cihazların təmiri üzrə fəaliyyət
göstərən və adı bilinməyən təmirxanada qoyulub. Qadın smartfona yerləşdirilmiş
yeni batareyanın orijinal olduğuna şübhə ilə yanaşır. Bununla belə hadisə vaxtı
smartfon heç şarj prosesində də olmayıb. İnternet istifadəçiləri isə videoya
olan rəylərində məhz qadını günahlandırıblar. Belə ki, hadisə Şanxayda baş
verib və orada hal hazırda 40 dərəcə istilik höküm sürür. Qadın isə öz
smartfonunu gün işığının düşdüyü yerə qoyub. Apple öz növbəsində həmişə qeyd
edir ki, günəş və ya başqa istilik mənbəyinin uzun zaman ərzində smartfona təsiri
nəticəsində smartfonun batareyası kritik zərər görə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)