
iPhone 6s-i inanılmaz əşya ilə əvəz edərək oğurladı
Elm & Texnologiya
07.05.2017
Farid
Sankt Peterburqda bir kişi iPhone 6s-i içində sabun olan cihazın qutusu ilə dəyişərək oğurlayıb.
Kişi Savuşkin küçəsində olan
mağazaya səhər saatlarında daxil olub satıcıdan iPhone 6s smartfonuna və ona
olan aksessuarlara baxmağı istəyib. Satıcının diqqəti başqa yerə yönələndə isə
dələduz smartfonun qutusunu eynisi ilə, lakin içində sabun olanı ilə dəyişib.
Daha sonra o, öz şəxsiyyət vəsiqəsini avtomobildə unutduğunu deyib və mağazadan
ayrılıb. Mağazadan ayrılandan sonra dələduz Sankt Peterburqun digər bazarında
cihazı satmaq istəyib. Bir neçə müddətdən sonra mağazada problemin fərqinə
varıblar və polisə müraciət ediblər. Oğrunu tez bir zamanda yaxalamaq mümkün
olub. Nəticədə məlum olub ki, oğru Petrozavodsk-un 42 yaşlı sakinidir. Dələduzluq
barəsində məhkəmə işi başladılıb. Oğrunu isə şəhəri tərk etməməsi qadağası ilə
azadlığa buraxıblar.
Paylaş
Bənzər xəbərlər