
iPhone 7-də Windows XP əməliyyat sistemini işə saldılar (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid
Bir neçə müddət bundan öncə Windows əməliyyat sistemi öz 34 illiyini qeyd etmişdi.
"Microsoft”un əməliyyat sistemi ilə birlikdə böyük bir nəsil
yetişib. Bəlkədə məhz buna görə bir çox insanlar, şirkətin keçmiş əməliyyat
sistemləri üçün nostalji hisslər keçirdirlər. Əks halda nəyə görə kimsə bu əməliyyat
sisteminin istifadəsi üçün nəzərdə tutulmuyan cihaza Windows-u yükləsin? iOS
10, "Apple” şirkətinin ən qabaqcıl əməliyyat sistemidir. Lakin ilkin versiyada
öz çoxlu sayda funksionallığına baxmayaraq o yenə də stabil çalışmırdı. Hacking
Jules adlı youtuber, öz iPhone 7 cihazına əfsanəvi Windows XP əməliyyat
sistemini yazmaq istəyib və bunu bacarıb. iPhone 7-də işə salınmış Windows XP,
smartfon ekranında standart XP interfeysli əməliyyat sistemini əks etdirir.
Kompüterdə olduğu kimi smartfon ekranının aşağı hissəsində "Start” düyməsi və
saat əks olunur. Mərkəzdə isə hamımıza tanış olan bölmələr yer alır. Məsələn My
Computer, My Documents və s. Siçanın ox işarəsi isə sensorlu ekran vasitəsilə
idarə olunur. iPhone 7-də Windows XP-ni, iBox emulyatoru vasitəsilə işə salmaq
mümkün olub. Sözügedən emulyator isə, mobil telefonlarda retro oyunlar oynamaq
üçün nəzərdə tutulub.
Paylaş
Bənzər xəbərlər