
iPhone 7 hətta ən güclü turşuya belə davam gətirdi (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid
iPhone 7-ni ən güclü turşuya saldıqda nə baş verə bilər?
Bu maraqlı təcrübəni, məşhur TechRax adlı videoblogger edib. Videoblogger hidrogen heksaftoroantimonat qabarcıqlarını nümayiş etdirib. Onun sözlərinə görə bu kimyəvi maddə sulfat
turşusundan belə güclüdür. Daha sonra o, iPhone 7 modelini həmin kimyəvi maddənin
olduğu qaba yerləşdirib. Turşu, cihazın arxa qapağını əridib. Lakin buna
baxmayaraq təcrübədən sonra videoblogger cihazı yenidən işə salmağı bacarıb. İşə
düşəndən sonra cihaz normal şəkildə işləməyə başlayıb. Sözügedən video iki gün ərzində
6 milyon baxış sayı yığıb. İndi isə 7 milyondan çoxdur. Şərhlərdə isə insanlar
bu cür təcrübələrin dayandırılmamasını və videobloggerin davam etməsini tələb
ediblər.
Paylaş
Bənzər xəbərlər