Logo
    main-post-cover

    iPhone 7 ilə bağlı yeni iddialar səslənib!

    iPhone 7'yə aid olduğu iddia olunan bəzi görüntülər yayımlanıb.

    Apple’ın növbəti modeli iPhone 7’ə dair iddia və sızıntılar çox tez başladı. Əvvəlki iddialara görə iPhone 7 Plus’ın 256GB daxili yaddaşa sahib olması gündəmdəykən, bu dəfə iPhone 7’ə aid olduğu önə sürülən bəzi görüntülər yayımlanıb.
    1451855639_1.jpg

    iPhone 7 ilı bağlı bu görütüləri Çinli bir firmanın web saytı yayımlayıb. Görüntülərdən iPhone 7’nin 2.5D şüşəyə sahib olduğu görünür. İlk baxışda iPhone 5S dizaynını andıran telefonda qulaqlıq girişinin olduğu görülür. Amma əvvəlki iddalara görə Apple’ın iPhone 7’də qulaqlıq girişini ləğv edəcəyi və Lightning portunun şarj, məlumat transferi və qulaqlıq üçün bağlantı nöqtəsi olacağı deyilirdi.
    1451855655_2.jpg


    Yayımlanan sızıntılar nə qədər realdır bilinmir, amma bir görüntüdə Apple A10 çipsetinə də yer verilib. Bir başqa görüntüdə isə iPhone 7’nin naqilsiz şarj dəstəyi alacağı göstərilir.
    1451855668_3.jpg
     
    1451855713_4.jpg



    Paylaş
    Bənzər xəbərlər