
iPhone 7 nə vaxt təqdim olunacaq və nə zaman satışa çıxacaq?
Elm & Texnologiya
07.05.2017
Farid
Yeni model iPhone-nun təqdimatına bir aydan bir qədər çox
müddət qalır. Guya ki, Apple-ın planları ilə yaxından tanış olan mənbələr yeni
çıxacaq cihazın fotolarını paylaşmaqdan bezərək onun nə vaxt satışa çıxacağı
haqqında fikirlər söyləməyə başlayıblar. Ənənəvi olaraq Apple yeni iPhone-nun təqdimatını
sentyabr ayının ikinci həftəsində keçirtməyi planlaşdırır. Keçən il tədbir 9
sentyabr, ön sifariş 12 sentyabr, cihazın rəsmi satışı isə 25 sentyabr tarixlərində
baş tutmuşdur. Əgər bu il şirkət öz ənənəsindən geri qalmasa tədbir 5-11
sentyabr həftəsində baş tutmalıdır. Əvvəlki illərdə iPhone modellərinin təqribi
olaraq təqdimat tarixlərini öncədən söyləmiş məşhur müxbir Evan Blass öz Twitter
hesabında yeni model iPhone-nun 12-18 sentyabr həftəsində təqdim olunacağını
bildirib. Nəzərə alsaq ki, keçən il tədbir çərşənbə günü olmuşdur, çox güman
ki, bu ilki tədbir də həftə ortası (14 sentyabr) keçiriləcək. Blass həmçinin
qeyd edib ki, cihazın satışlarına 16 sentyabr tarixində start veriləcək.
Paylaş
Bənzər xəbərlər