
iPhone 7-nin timsahın dişlərinə qurban verərək dözümlülüyünü yoxladı (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid
Məşhur videoblogger iPhone 7-ni inanılmaz təcrübədən keçirtdi.
iPhone 7 modelinin satışa çıxmasından artıq bir xeyli vaxt
keçib. Lakin buna baxmayaraq məşhur videoblogger TechRax hələdə bu cihazı, müxtəlif
təcrübələr ilə sınayır. Bu dəfə o, iPhone 7-ni timsah üzərində sınaqdan keçirtməyə
qərar verib. Belə ki, o, iPhone 7-nin dözümlülüyünü yoxlamaq üçün cihazı
timsahın dişlərinə qurban verib. Videoblogger, iPhone 7-ni şəffaf təbəqə ilə
örtərək onu timsahın ağzına yerləşdirib. Timsahın, cihazı birinci dəfə dişləməsindən
sonra iPhone 7-nin ekranı çatlasa da işlək vəziyyətdə qalıb. Daha sonra
videoblogger, timsahı qıcıqlandırıb və o cihazı dişləri ilə daha da bərk sıxıb.
Nəticədə smarton sönüb və yararsız hala düşüb.
Paylaş
Bənzər xəbərlər