
iPhone 7-nin üzərinə əridilmiş qızıl tökülərsə nə baş verər? (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid
TechRax adlı videoblogger iPhone 7 modelinin üzarinə əridilmiş qızılın tökülməsi halında nə baş verdiyini yoxlayıb.
Qızılın ərimə temperaturu 1064 dərəcədir.
50 qr-lıq kiçik qızıl külçəsini blogger əridərək xüsusi qaba yerləşdirib və
daha sonra ərinmiş qızılı yeni iPhone 7-nin ekranının üzərinə töküb. Ekran bu cür
yüksək temperatura çox həssas olub. İlk öncə ərinmiş qızılın tökülmüş hissəsinin
matrisasında qara ləkə əmələ gəlib. Bir qədər sonra soyuyan metalın sayəsində
smartfonun kənar hissələri də qızaraq qara ləkələrlə örtülüb. Bununla belə
smartfon işləməyə davam edib. Ən azından təcrübənin ilk dəqiqələrində görünür
ki, cihazın daxilindəki hissələr zədə görməyib. Həmçinin ekranın sensoru da
toxunuşlara reaksiya verirdi.
Paylaş
Bənzər xəbərlər