
iPhone 7 Plus-ın ilk Çin kopyası GooPhone i7 Plus satışa çıxır (VIDEO)
Elm & Texnologiya
07.05.2017
Farid
iPhone 7 və iPhone 7 Plus modellərinin təqdimatından sonra yaranmış səs-küyün ardınca "GooPhone” Çin şirkəti cihazın kopyasının ön sifarişini açıq elan edib.
Çin şirkətinin təqdim etdiyi cihaz GooPhone i7 Plus adlanır.
O həm dizayn həmdə bəzi texniki göstəricilərinə görə iPhone 7 Plus modelinə
maksimal dərəcədə oxşayır. Çin kopyası orijinal iPhone 7 Plus-a o dərəcə bənzəyir
ki, hətta 3.5 mm girişi belə yoxdur. Cihazın texniki göstəriciləri ilə tanış
olun.
- 5.5 inç Full HD ekran
- 8 nüvəli Helio X10 prosessoru
- 2 GB RAM və 32 GB daxili yaddaş
- 12 MP cüt arxa kamera və 5 MP ön kamera
- 2900 mAh enerji tutumlu batareya
- Android 6.0 əməliyyat sistemi
Çin iPhone-nun həmçinin kiçik versiyası da var. Kiçik
versiya 4.7 inç ekran və 1960 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
Onu 179$-a əldə etmək
mümkündür. Plus modelini isə hal-hazırda 229$-a ön sifarioş etmək olar.
Satışların başlandığı andan onun qiyməti 399$ təşkil edəcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Vivo X200 Ultra flaqman smartfonu təqdim edilib - QİYMƏTİ
