Logo
    main-post-cover

    iPhone 7 və iPhone 7 Plus üçün yeni funksional keyslər

    Yeni və cəlbedici dizaynları ilə diqqət çəkən "VRS Design", "Apple"ın yeni iPhone 7 və iPhone 7 Plus modelləri üçün keyslərini təqdim edib.
    Sentyabr ayında tanıdılacaq olan iPhone 7iPhone 7 Plus modelləri üçün artıq aksessuarlar da təqdim olunmağa başlayıb. Qeyri-adi və keyfiyyətli dizayn olunmuş VRS keyslərinin hər kəsin marağını cəlb etməsi gözlənilir.



    12 ayrı rəng seçimi təqdim edən VRS Design-ın etdiyi yenilik yalnız bununla bitmir. Yeni təqdim olunmuş keyslərdə selfi çubuğunu özündə saxlayan və masaüstündə istifadə edə biləcəyiniz dəstəkli çubuq modelləri də yer almaqdadır. iPhone 7 seriyası üçün təqdim olan bu keyslər ağ, qara, boz, çəhrayı, qızılı rənglərdə təqdim olunub.
    VRS Design-ın təqdim etdiyi bu keyslərin qiymətləri 19.99$ ilə 69.99$ arasında dəyişir.
    Modellər haqda burdan tanış ola bilərsiniz.
    Paylaş
    Bənzər xəbərlər