
iPhone 8-in istehsalına start verildi. Cihaz haqqında yeni məlumatlar
Elm & Texnologiya
04.08.2017
Məşhur OnLeaks ləqəbi ilə tanınan insayder Steve Hemmerstoffer bildirib ki, “Apple”, iPhone 8-in istehsalına start verib.
Bu barədə o öz Twitter hesabında şəxsi mənbələrə istinadən
bildirib. Onun sözlərinə əsasən iPhone 8-in istehsalına, “Apple”ın qrafik planı
üzrə start verilib və bu baxımdan cihazın satış tarixində problemlər
yaşanmamalıdır. Bundan əlavə olaraq bu o deməkdir ki, yaxın zamanda bizi,
istehsalatdan olacaq sızıntılar gözləyə bilər. Bu baxımdan iPhone 8 haqqında məlumatlar,
təqdimatdan öncə də sızdırıla bilər. Bununla belə bir sıra mənbələrin verdikləri
məlumatlara əsasən iPhone 8, bir qədər gecikmə ilə satışa çıxacaq. Bu, OLED
ekranların çatışmazlığı və cihazın texniki problemləri ilə bağlı ola bilər. Məlumatlara
əsasən hal hazırda şirkət mühəndisləri, iPhone 8-də reallaşdırılacaq bir sıra
texnologiyalar ilə bağlı çətinliklər çəkirlər. Qeyd etmək lazımdır ki, yeni
iPhone modeli, “Apple” şirkəti tərəfindən Sentyabr-da keçiriləcək ənənəvi tədbirdə
təqdim olunacaq. Məlumatlara əsasən iPhoen 8, çərçivəsiz OLED ekrana və istifadəçi
üzü skanına sahib olacaq.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...