iPhone 8-in təmir olunma mümkünlüyü haqqında məlumatlar açıqlandı

iPhone 8-in təmir olunma mümkünlüyü haqqında məlumatlar açıqlandı

Texnologiya
24.09.2017 PAYLAŞIM

Məşhur iFixit resursunun mütəxəssisləri, iPhone 8-in hissələrə ayrılması və onun təmir olunması mümkünlüyü barəsində məlumat veriblər.

Xarici görünüşcə iPhone 8, keçən ilk iPhone 7-dən demək olar ki, fərqlənmir. Əsas fərqləndirici özəllik isə iPhone 8-in şüşə örtüklü arxa qapağı olub. Bunun əsas səbəbi isə smartfona naqilsiz şarj texnologiyasını yerləşdirməkdir. iPhone 8-in hissələrə ayrılması, əvvəlki modellərdə də olduğu kimi ekranın diqqətli şəkildə korpusdan ayrılmasından başlıyır. Bunun üçün mütəxəssislər xüsusi alətlərdən istifadə ediblər. Smartfonun daxilində 1821 mAh enerji tutumlu batareyaya rast gəlinib.

Müqayisə üçün qeyd etmək lazımdır ki, iPhone 7, 1960 mAh enerji tutumlu batareya ilə təchiz olunur. Bununla yanaşı iFixit mütəxəssisləri qeyd ediblər ki, yeni modelin daxilində LPDDR4 tipli 2 GB RAM və Qualcomm MDM9656 Snapdragon X16 LTE modemi var. iPhoen 8-in hissələrə ayrılmasından olan müsbət cəhətlər siyahısına ekran ilə batareyanın rahat şəkildə əvəz edilməsi daxil edilib. Bununla yanaşı smartfonda naqilsiz şarj texnologiyasının olması nəticəsində Lightning girişinə olan yüklənmə azalır.

Toz və su filtrlərinin olması, təmiri bir qədər qəlizləşdirir. Smartfonun quruluşunda standart Philips/JIS vintlərindən istifadə olunsa da, şirkət 4 müxtəlif tərz detallardan istifadə edir. Bu isə öz növbəsində smartfonun hissələrə ayrılmasında çətinliklər yaradır. Bununla yanaşı iFixit mütəxəssisləri, arxa şüşə örtüyün əvəz edilməsi çətinliyindən və cihazın aşağı hissəsindəki komponentlərdən narazı qalıblar. Nəticə etibarilə iFixit mütəxəssisləri, təmir olunma mümkünlüyünə görə iPhone 8-ə 10 xaldan 6-nı veriblər. Qeyd etmək lazımdır ki, keçən ilki iPhone 7, 7 xal almışdı.




SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Mazda şirkəti MX-30 adlı ilk elektromobilini təqdim etdi (VİDEO)

Tokioda keçirilmiş avtomobil sərgisi çərçivəsində Mazda şirkəti özünün ilk elektromobil modelini təq..


Huawei şirkəti qatlana bilən Mate X'in satış tarixini və qiymətini elan etdi..

Huawei şirkəti öz ilk qatlana bilən smartfon modeli Mate X-i hələ bu ilin fevral ayında təqdim etmiş..


Huawei şirkəti Google servislərinin alternativlərinin axtarışındadır

ABŞ hökuməti tərəfindən təyin edilmiş sanksiyalar səbəbilə Huawei Mate 30 və Mate 30 Pro smartfon mo..


Samsung şirkətinin AR eynəyinin patent fotosu ortaya çıxdı

İnternetdə Samsung şirkətinin AR eynəyinin patenti ortaya çıxıb. Həmin patentdə şirkətin AR eynəyini..


NASA agentliyi Marsa ilk astronavtların nə zaman göndəriləcəyini elan etdi

Bir neçə gün bundan öncə NASA agentliyi Ay və Mars üçün nəzərdə tutulmuş yeni kosmik skafandr modell..


Redmi Note 8T'nin keyfiyyətli render fotoları təqdim olundu

Dünən biz xəbər vermişdik ki, təkzib edilmiş məlumatlara baxmayaraq Xiaomi şirkəti Redmi Note 8T sma..