
iPhone 8-in təqdimat tarixi və qiyməti barəsində məlumatlar sızdırıldı
Elm & Texnologiya
24.08.2017
Emil
Gələn ayın ən gözlənilən hadisəsi, yeni iPhone modelinin təqdimatıdır.
Bir çox şaiyələrə görə gələn ay keçiriləcək tədbirdə, “Apple”
şirkəti bizlərə iPhone 7S, iPhone 7S Plus və iPhone 8 modellərini təqdim edəcək.
Ən çox gözlənilən isə təbii ki, iPhone 8-dir. Belə ki, bir çox gözləntilərə əsasən
o, tamamilə çərçivəsiz ekrana sahib olacaq və özü ilə bir çox yenilikləri gətirəcək.
“Apple”, media nümayəndələrinə hələki dəvətnamələr göndərməsə də, təqdimatın
tarixi barəsində məlumatlar yavaş-yavaş peyda olmağa başlayıb. Məlumata əsasən
yeni iPhone modellərinin təqdimatı, 12 Sentyabr tarixində baş tutacaq. Onların
satışı isə 22 Sentyabr tarixində start götürəcək. Bundan əlavə olaraq iPhone
8-in qiyməti barəsində də məlumatlar yayılıb. Həmin məlumatlara əsasən 64 GB
daxili yaddaşa sahib iPhone 8, 999$ qiymətinə satılacaq. Bundan əlavə olaraq
256 və 512 GB daxili yaddaşa sahib versiyaların da satışa çıxması gözlənilir.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
