main-post-cover

    iPhone 8 Plus modellərinin partlayış hadisələri daha irimiqyaslı hal almağa başladı

    Elm & Texnologiya
    05.10.2017
    Emil Nəcəfov
    Görünür, bir neçə model iPhone 8 Plus-ın da batareyaları partlamış vəziyyətdədir.

    Bu həftə xəbər verdiyimiz iPhone 8 Plus partlayışı hadisələrinə daha 3-ü də əlavə olunub. Həmin hadisələr zamanı cihazlardan biri Yaponiyada, digəri isə Tayvanda partlamışdı. Lakin yeni partlayış xəbərləri, Yunanıstan, Kanada və Honkonqdan gəlib. Steve Jobs-un sağlığında belə hadisələr olmurdu.

    Yaponiya və Tayvanda iPhone 8 Plus modelinin partlayış xəbərləri çıxanda güman etmək olardı ki, həmin cihazlar bir partiyaya daxil idilər. Bura həmçinin Honkonqda olan hadisəni də aid etmək olar. Lakin Kanada və Yunanıstandan bu cür xəbərlərin gəlməyi, işi qəlizləşdirir. Belə ki, bu halda iPhone 8 Plus problemi, müxtəlif partiyalara aid edilir. “Apple”ın yeni smartfonu ilə olan problemi, 2 kateqoriyaya ayırmaq olar: Bəzi iPhone modelləri elə öz qutularında partlayır və istifadəçiyə artıq yararsız vəziyyətdə çatır.

    Digər modellər isə orijinal şarj cihazı ilə şarja qoyandan sonra partlayır. Bununla belə hər iki ehtimalda nəticə dəyişilməz olaraq qalır. Yəni, batareya şişir və daxildən smartfonu yarasız hala salır. Bu hadisələrdə yaxşı xəbər ondan ibarətdir ki, smartfonlar sözün əsl mənasında alışıb yanmırlar. Yəni bu baxımdan insan səhhətinə və ya mülkiyyətə ziyan dəymir. “Apple”, bu hadisə ilə bağlı istintaqa artıq start verib.
    Linki kopyala