
iPhone 8 rekorda imza ata bilər
Elm & Texnologiya
07.05.2017
Farid
Bir çox texnologiya şirkətləri yeni il üçün telefon modellərini sınaqdan keçirirlər. Bunlar içərisində "Apple” və "Samsung” şirkətlərinin telefonları daha çox diqqət çəkməkdədir.
"Apple”, 2017-ci ildə ağıllı telefon
bazarında rekorda imza atmaq niyyətindədir. Şirkət rekordu iPhone 8 satışları
ilə etmək niyyətindədir. Qeyd edək ki, şirkət gələn il Apple-ın 10-cu ilini
qeyd edəcək. İddialara görə şirkət bu münasibətlə iPhone 8 üçün yeni və daha diqqət cəlb edən xüsusiyyətlər təklif
etmək niyyətindədir.
"Apple”la bağlı bir çox təxminlər yer
almaqdadır. Bunlar içində ən çox diqqət çəkən isə KGI Securities analitiki Ming-Chi Kuonu göstərmək olar. Onun təxminlərinə
görə "Apple”, 2017-ci ildə 120-150 milyon iPhone istehsal edə bilər.
Digər maraqlı məqam isə "Apple”ın iPhone 8
konsepti üçün hansı yeniliklər təqdim etməsi ilə bağlıdır. İddialara görə yeni
iPhone 8 modelində 5.2 inç OLED ekrana yer veriləcək. Son verilən məlumatlara görə "Apple” artıq 10 belə iPhone 8
prototipini sınaqdan keçirməkdədir.
Əgər "Apple” 120 milyondan çox iPhone 8
satmağa müvəffəq olarsa, onda şirkət, iPhone 6 ilə əldə etdiyi rekordu təzələyə
bilər.
Ming-Chi
Kuonun fikrincə, iPhone 8 modelini üstün edən bir
digər tərəf isə onun naqilsiz şarj edilə bilməsidir. Belə olduğu halda naqilsiz
şarjla 15 feet məsafədən şarj etmək mümkün olacaq.
Paylaş
Bənzər xəbərlər