main-post-cover

    iPhone 9-un (iPhone SE 2) dizaynı aksessuar istehsalçısı tərəfindən təsdiqləndi

    Elm & Texnologiya
    12.02.2020
    Farid Pardashunas
        Apple şirkəti iPhone 9-un təqdim olunmasını rəsmi olaraq təsdiqləməsə də çoxlu sayda insayder artq sözügedən smartfon barəsində demək olar ki, hər bir məlumatı verib. iPhone 9 barəsində yeni məlumat sızıntısı isə keys istehsalçısının online mağazası tərəfindən baş verib. Belə ki, həmin online mağaza iPhone 9 üçün nəzərdə tutulmuş keyslərin fotolarını təqdim edərək smartfonun hansı dizayna sahib olacağını sərgiləyib.
        Bu barədə Macrumors saytı xəbər verib. Totallee adlı online mağazada iPhone 9 üçün olan qoruyucu keyslərin fotoları ortaya çıxıb. Satıcı isə həmin keysləri iPhone SE 2 üçün olduğunu qeyd edib. Maraqlısı ondadır ki, smartfon üçün olan həmin keysi artıq ön sifariş etmək mümkündür. Bu isə o deməkdir ki, keys istehsalçısı təqdimata hazırlaşan smartfonun real maketlərini əldə edə bilib.
        Qara, ağ və şəffaf rənglərdə olan keyslərin qiymətləri 35$ təşkil edir. Beləliklə təqdim edilmiş keys fotolarından da görmək olar ki, iPhone 9 smartfonu əvvəlcədən də düman edildiyi kimi 1 ədəd arxa kamera ilə təchiz olunacaq. Smartfon gövdəsinin dizaynı və fiziki düymələrin yerləşməsi tərzi iPhone 6 modelini xatırladır. Keyslərin 24 mart tarixində satışa çıxacaqlarını nəzərə alaraq güman etmək olar ki, iPhone 9-un təqdimatı ya bir gün əvvəl ya da elə həmin gün baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər