main-post-cover

    iPhone 9-un (iPhone SE 2) təqdimat və satış tarixləri məlum oldu

    Elm & Texnologiya
    18.02.2020
    Emil Nəcəfov
        iPhone-Ticker saytının jurnalistləri Apple şirkətinin nə zaman iPhone 9-u (iPhone SE 2) təqdim edəcəyini öyrəniblər. Beləliklə Apple şirkətinin planları ilə yaxından əlaqəsi olan mənbənin verdiyi məlumata əsasən şirkət öz təqdimat tədbirini 31 mart tarixində keçirdəcək və həmin tədbirdə iPhone 9 modeli təqdim olunacaq.
        Smartfonun satışları isə 3 aprel tarixinə planlaşdırılır. Son məlumat sızıntılarına əsasən iPhone 9 modeli dizayn baxımından iPhone 8-ə bənzəyəcək. O, 4.7 düym ekran, 3 GB RAM, A13 Bionic prosessoru və 128 GB daxili yaddaş həcmi ilə təchiz olunacaq. Gözləntilərə əsasən iPhone 9 smartfonu 400$ qiymətində satışa çıxacaq.
    Linki kopyala