Logo
    main-post-cover

    iPhone 9-un (iPhone SE2) təqdimatı koronavirus səbəbilə təxirə salınmış ola bilər

    Elm & Texnologiya
    06.03.2020
    Emil
        Apple şirkəti iPhone 9-un (iPhone SE2) təqdimatını bu ayın sonunda keçirtməyi planlaşdırırdı. Lakin görünür, təqdimat tədbirini bu ay gözləmək lazım deyil. Belə ki, Digitimes saytının verdiyi məlumata əsasən şirkət iPhone 9-un təqdimatını bu ilin ikinci rübünə keçirtməyi qərara alıb. Əsas səbəb isə iPhone 9 üçün nəzərdə tutulmuş komponentlərin məhdud sayda olmasıdır.
        Komponentlərin məhdud sayda olmasının səbəbi Çində yayılan COVID-19 koronavirusudur. Qeyd etmək lazımdır ki, bu virus səbəbilə artıq MWC 2020, Facebook F8, Google I/O 2020Geneva International Motor Show kimi tədbirlər təxirə salınıblar. Son məlumat sızıntılarına əsasən iPhone 9 smartfonu iPhone 8 dizaynına sahib olacaq və 4.7 düym ekran, 3 GB RAM, A13 Bionic prosessoru, 128 GB daxili yaddaş ilə təchiz olunacaq. Smartfonun 400$ qiymətində satılacağı gözlənilir. 
    Paylaş
    Bənzər xəbərlər