main-post-cover

    iPhone dövrü sona çatır mı? Cəmi 2 nəfər, iPhone 8 almaq üçün Apple Store-a gəldi

    Elm & Texnologiya
    23.09.2017
    Farid Pardashunas
    Görünür iPhone 8-in satışına start verilməsi ilə birlikdə “Apple” məhsulu sevənlərinin ənənəsi də öldü.
    Söhbət, Apple Store mağazalarının önündəki uzun növbələrdən gedir. Bir sıra istifadəçilərin fikrincə iPhone 8, keçmiş versiyadan fərqli olaraq heç bir yeniliyə sahib deyil. Onlar iPhone 8-in yerinə iPhone X modelinin satışa çıxmasını gözləyirlər. Çinin Xançjou adlı şəhərindən olan görüntülər bunun bariz nümunəsidirlər.

    Belə ki, həmin şəhərdə olan Apple Store mağazasına, iPhone 8 cihazını almaq üçün yalnız 2 nəfər insan gəlib. Mağazanın önündə uzun növbələr üçün nəzərdə tutulmuş maneələrə fikir verin. Yalnız 2 nəfər gəldiyi üçün həmin maneələr kənara çəkilib. 30-a yaxın mühafizəçi isə maneələrin sökülməsi ilə məşğuldur.

    Qeyd etmək laızmdır ki, bu cür tendensiya bütün dünya üzrə müşahidə olunur. Bu cür hadisələrin fonunda şirkətin bu həftə kapitalizasiyası 50 milyard dollar aşağı düşüb. Şirkətin səhmləri isə son 17 ay ərzində ən böyük düşüşü yaşayır. Belə ki, bu müddət ərzində onların qiyməti 5.2% aşağı düşüb.

    Mütəxəssislər bunu, yeni iPhone modellərinə olan narazılıqlar və iPhone 8-in satışlarının az olma gözləntiləri ilə əlaqələndiriblər. Bir tərəfdən bu onunla bağlıdır ki, insanlar, iPhone X modelinin satışa çıxmasını gözləyirlər. Məhz həmin vaxtda söyləmək olacaq ki, iPhone almaq üçün qurulan uzun növbələr ənənəsi ölüb yoxsa yox.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər