
iPhone ilə Xiaomi Mi Mix-i birləşdirərək iPhone 6s Mix-i yaratdı (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid
Çindən olan bir gənc özünün çərçivəsiz iPhone modelini yaradıb.
"Apple” şirkətinin, gələcək iPhone modellərində ekran ətrafı
çərçivələri qismən kiçildəcəyi və ya ümumiyyətlə çərçivələrdən imtina edəcəyi
haqqında şaiyələr hər il çıxır. Bu illər ərzində hətta şirkət əyilə bilən çərçivəsiz
ekran patentləri də əldə etmişdi. Lakin onlar hələki reallaşdırılmamış olaraq
qalır. Bunu gözləməkdən yorulan Çinli bir gənc özünün çərçivəsiz iPhone
modelini yaratdı. Bunun üçün o, iPhone 6s Plus modelinin iç hissəsini Xiaomi Mi
Mix-in korpusuna yerləşdirdi.
İnternetdə bu smartfonu iPhone 6s Mix adlandırıblar. Weibo sosial
şəbəkəsində @Ye Ji-MIX ləqəbi ilə tanınan gənc, sözügedən proses zamanı bir sıra
çətinliklərlə qarşılaşıb. Belə ki, bütün detalları Mi Mix-in korpusuna yerləşdirmək
üçün çinli gənc, iPhone 6s Plus-ın bəzi komponentlərinin yerini dəyişməli olub.
Komponentlərin sıx yerləşdirilməsi üçün o, isti kleydən və naqillərdən istifadə
edib. "Home” düyməsini isə tamamilə xaric edərək onu, ekranın alt hissəli
analoqu ilə əvəz edib. Bütün bunlara baxmayaraq cihaz işlək vəziyyətə gəlib.
Paylaş
Bənzər xəbərlər