
iPhone istifadəçilərinin diqqətinə: Bu video telefonunuzu kilidə sala bilər! (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid
Miaopaidə yer alan video iPhone 4-dən ən son Apple telefonu olan iPhone 7-dək bütün telefonları kilidə sala bilir
Miaopoi adlı tətbiqdəki videolar normal şəkildə izlənə bilsə də, sonuncu təqdim
olunan qısa video nümunəsi iPhone istifadəçilərini bir qədər narahat edir. Beləki,
video qurtaranda iPhone telefonu bir neçə saniyə ya da 1 dəqiqə içində kilidə düşür. Və istifadəçi cihazı yenidən açmaq məcburiyyətində
qalır.
Bu video iPhone 4 və ondan sonrakı modellərdə
yuxarıda qeyd olunduğu kimi video bitdikdən 1 dəqiqə içində sönsə də daha əvvəlki
modellərdə daha tez kilidə düşür.
Amma istifadəçilərin narahatçılığına
ehtiyac yoxdur. Çünki güman olunur ki, bu video virus və ya mənfi məqsədlə
yaradılmayıb. Həmçinin belə fikir də mövcuddur ki, video daha çox əyləncə
xarakteri daşıyır. Cihazınızın sönməyini və ya kilidə düşməyini istəmirsinizsə
onda kilidi açmaq üçün qısa yollardan istifadə edə bilərsiniz. Amma yenə də
videonu sınaqdan keçirməməyiniz daha məntiqlidir.
Bu videonun iPhone-ları kilidə salmaqla xüsusi
nə məqsəd daşıdığı bilinmir amma problemin iOS-un mediasındakı boşluqla əlaqəli
olduğu güman olunur.
Mövzu ilə əlaqədar "Apple" tərəfi hələki heç
bir rəsmi açıqlama verməyib. Videonu sizlərə təqdim edirik.
Paylaş
Bənzər xəbərlər