
iPhone istifadəçiləri orqan donorları olacaqlar
Elm & Texnologiya
07.05.2017
Farid
Apple şirkəti IOS 10 üçün insanlara orqanlarını bağışlamaq
imkanını verəcək xüsusi tətbiq əlavə edəcək. Hər gün ABŞ-da orqan köçürülməsini
gözləyən 22 insan vəfat edir. Hər 10 dəqiqə isə orqan köçürülməsinın gözləmə siyahısına
yeni insan adı əlavə olunur. Potensial donorların diqqətini cəlb etmək üçün
Apple IOS 10 əməliyyat sisteminə ABŞ-ın orqanlar üzrə donor qeydiyyat təşkilatına
sürətli qeydiyyat imkanını əlavə edəcək. Yeni funksiya bütün iPhone-lara
quraşdırılmış "Health” tətbiqinə əlavə olunacaq. Apple-ın fikrincə yeni
funksiya indiki zamanda donor çatışmamazlığı problemini az da olsa aradan
qaldıracaq. Apple şirkəti üçün bu məsələ çox önəmlidir. Belə ki, 2009-cu ildə
Steve Jobs qaraciyər köçürülməsini uzun müddət gözləmək məcburiyyətində idi.
Qeyd edək ki, IOS 10 bu ilin payız fəslində çıxmalıdır. Tim Cook-un sözlərinə əsasən
yeni sistem şirkətin tarixində ən böyük yenilənmə olacaq.
Paylaş
Bənzər xəbərlər