
iPhone-lar əslində harda istehsal olunurlar?
Elm & Texnologiya
29.03.2018
“iPhone-nun ABŞ-da istehsal
olunmamasını düşünmək düzgün deyil” – deyə Tim Cook MSNBC ilə müsahibəsində
qeyd edib. Müsahibə çərçivəsində şirkətin hal-hazırki direktoru Apple-ın Çin və
digər ölkələrlə əməkdaşlığına olan təndiqlərə cavab verib. “Şirkət iPhone-nun
hissələrini ABŞ-da istehsal edir. İnsanlar isə yekun məhsulun üzərində qeyd
olunmuş ölkəyə fikir verməyə öyrəşiblər” – deyə Cook əlavə edib. Onun fikrincə
yüksək texnoloji cihazların yığılması müxtəlif ölkələrdə reallaşdırılmalıdır.
iPhone cihazlarının ən əsas komponentləri ABŞ-da istehsal olunur. iPhone və
iPad üçün olan şüşələr ABŞ-ın Corning şirkəti tərəfindən Kentukki-də, iPhone X
üçün olan Face ID modulu isə Texasda istehsal olunur. Cook-un sözlərinə görə
Apple şirkətinin bəzi cihazlarında olan mikrosxemlər və iPhone istehsalı üçün nəzərdə
tutulmuş təchizatlar da ABŞ-da istehsal olunur. Daha sonra ABŞ-da istehsal
olunmuş bu komponentlər xarici ölkələrə göndərilir və Çində olan Foxconn və
Pegatron kimi zavodlarda yekun məhsul daxilinə yığılırlar.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...