iPhone-larda Qualcomm-un 5G modemlərinin istifadəsi davam etdiriləcək

iPhone-larda Qualcomm-un 5G modemlərinin istifadəsi davam etdiriləcək

Texnologiya
12.09.2023 PAYLAŞIM

    Qualcomm şirkəti Apple ilə əməkdaşlığının 2026-cı ilə qədər uzadıldığını elan edib. Qeyd etmək lazımdır ki, iki şirkət arasındakı bu əməkdaşlıq çərçivəsində Qualcomm Apple smartfonları üçün 5G modemlərin istehsalı ilə məşğul olur. Sözügedən əməkdaşlığın müddəti bu il bitməli idi. Lakin şirkətlər arasında yeni razılaşma əldə olunub. Qualcomm bildirib ki, yeni müqavilə 2024, 2025 və 2026-cı illərdə satışa çıxacaq Apple smartfonlarını əhatə edəcək.

    Şirkətlər arasındakı əməkdaşlıq müqaviləsinin uzadılması Apple şirkətinin öz smartfonları üçün fərdi 5G modemlərinin hazırlanması prosesində problemlərlə qarşılaşdığından xəbər verir. Lakin Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən bu, şirkətin yaxın 3 il ərzində 5G modemini hazırlayacağı ehtimalını aradan qaldırmır. Qeyd etmək lazımdır ki, Apple öz 5G modemi üzərində 2018-ci ildən çalışır. Bununla o, Qualcomm-dan olan asılılığını aradan qaldırmaq istəyir. Bu istiqamətdə şirkət 2019-cu ildə Intel-in mobil 5G modemlər biznesini 1 milyard dollara əldə etmişdi. 




DAHA ÇOX


Samsung Galaxy Tab A9+ planşetinin texniki göstəriciləri ortaya çıxıb

Samsung şirkətinin hələ təqdim edilməmiş Galaxy Tab A9 planşet seriyasına daxil olacaq Galaxy Tab A9..


Apple elektromobili yaxın gələcəkdə işıq üzü görməyə bilər

Hələ bir neçə müddət bundan öncəyə kimi internetdə ara-sıra Apple şirkətinin elektromobil layihəsi b..


ASUS ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib - QİYMƏTİ..

ASUS şirkəti ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib.


Xiaomi Black Shark Lucifer Earphones adlı yeni naqilsiz qulaqlıq təqdim edilib -..

Xiaomi şirkəti qlobal bazarda Black Shark S1 smart saatı ilə yanaşı həmçinin Black Shark Lucifer Ear..


Xiaomi qlobal bazarda Black Shark S1 adlı smart saatı təqdim edib - QİYMƏTİ..

Xiaomi şirkəti heç gözlənilmədən qlobal bazarda özünün Black Shark brendinin bir neçə yeni məhsulunu..


Acer 180 Hz-lik təsvir yenilənməsinə sahib yeni monitorunu təqdim edib - QİYMƏTİ..

Acer şirkəti özünün monitorlar seriyasını yeni model ilə genişləndirib.

×