
iPhone'ları hissələrə ayıran Daisy adlı yeni robot (VİDEO)
Elm & Texnologiya
20.04.2018
Emil
Apple şirkəti istifadəçiləri köhnə model iPhone cihazlarını
emal edən Daisy adlı yeni robotla tanış ediblər. Şirkətin məlumatına əsasən
Daisy köhnə model iPhone cihazlarını insanlardan fərqli olaraq daha effektiv şəkildə
emal edir. 1 saat ərzində 200 ədəd iPhone cihazını emal etməyi bacaran robot
smartfonun daxili komponentlərini ayıra və onları müxtəlif kateqoriyalar üzrə
sıralaya bilir.
Apple şirkəti bildirib ki, sözügedən robotdan istifadə etməklə
şirkət istənilən digər üsuldan fərqli olaraq daha çox resursu emal etməyi
bacarır. Qeyd etmək lazımdır ki, Daisy Apple şirkətinin ilk belə bir robotu
deyil. 2016-cı ildə şirkət ilk dəfə belə bir robotu təqdim etmişdir. Onun adı
Liam idi və o yalnız iPhone 6 modellərinin emalı üçün nəzərdə tutulmuşdur.
Daisy isə 9 müxtəlif iPhone modelini emal edə bilir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
