main-post-cover

    iPhone-nun kompüter kimi istifadəsi: Apple şirkəti Samsung DeX-in analoqu üzərində çalışa bilər

    Elm & Texnologiya
    27.06.2020
    Emil Nəcəfov
        MauriQHD ləqəbli insayder öz Twitter hesabında məlumat verib ki, Apple şirkəti qoşula bilən xüsusi stasionar stansiya vasitəsilə iPhone smartfonunu kompüterə çevirəcək texnologiya üzərində çalışır. Öz məlumatında insayder qeyd edib ki, Apple şirkəti macOS əməliyyat sistemini işə sala biləcək iki iPhone modelini test edir. Bu barədə Digger.ru saytı xəbər verib. İnsayderin verdiyi məlumata əsasən yeni texnologiyadan biri Samsung-un DeX cihazına bənzəyir.
        Bu halda iPhone smartfonu qoşula bilən xüsusi stasionar stansiyaya qoşulur. Smartfonun özündə isə macOS əməliyyat sistemi işə düşür. Digər prototip isə Razer Project Linda-nı xatırladır. Bu halda qoşula bilən stasionar stansiya noutbuku xatırladır. Sözügedən variantda smartfon cihazın touchpad hissəsinə yerləşdirilir. Bir neçə müddət bundan öncə insayder qeyd etmişdi ki, Apple şirkəti iPadOS və macOS arasında keçidə sahib ola biləcək iPad modeli üzərində çalışır.
        Təəssüflər olsun ki, insayder Apple şirkətinin bu texnologiyasının nə zaman təqdim olunacğı barəsində məlumat verməyib. Çox güman ki, Apple şirkəti həqiqətən də iPhone smartfonunu macOS əməliyyat sisteminə sahib kompüter rejimində işlətməyə imkan verəcək xüsusi stasionar stansiyanı test edir. Nəzərə alsaq ki, şirkət Intel prosessorlarından imtina edərək özünün ARM prosessorlarına keçid etməyə hazırlaşır, bu ehtimal inandırıcı səslənir.
    Linki kopyala