
iPhone oğrularına qarşı qəti tədbir! iPhone oğurlamaq mümkünsüz hala gəlir!
Elm & Texnologiya
07.05.2017
Farid
Bugünə
qədərki ən yaxşı üsullardan biri iPhone-a gəlir. iPhone oğurluğuna son qoya biləcək bir yeniliyə birlikdə diqqət edək.
Minlərlə
manat verib satın aldığımız smartfonların oğurlanması ən böyük
qorxularımızdandır. İstehsalçılar da istifadəçilərin daha təhlükəsiz hiss etmələri
üçün bir çox yeni texnologiya hazırlayırlar. Şifrələmək, telefonun yerini
tapmaq, uzaqdan telefona format vermək kimi texnologiyalardan sonra, indi də
birbaşa oğruları hədəf alan təhlükəsizlik sistemi gəlir.
"Technote.az”-ın
"The Verge”-ə istinadən verdiyi xəbərə əsasən, "Apple"ın hazırladığı
anti-oğurluq təhlükəsizlik sistemi bir patent istəyi ilə ortaya çıxdı. "Apple"ın
qeydiyyata aldırdığı patent, iPhone-un oğrunun barmaq izini aldığı və şəklini çəkdiyi
bir sistemə əsaslanır. iPhone-u oğurlayan şəxs hər ehtimalda Touch ID-ni
istifadə edir. Əgər iPhone-un oğurlandığı barədə "Apple"a xəbər göndərilərsə,
Touch ID vasitəsilə oğrunun barmaq izini almaq mümkün olacaq. Bir digər nöqtə
isə qabaq kameradan oğrunun şəklini çəkiləcək olmasıdır.
Olduqca
uğurlu görünən bu metodların, istifadə ediləcəyi vaxtlarda bir sıra problem
yarada biləcəyini düşünürük. Səhv məlumatlar, "Apple"ın özünü hüquqi bir mühitdə
bir mübahisənin ortasında tapmasına gətirib çıxara bilər. Təbii ki, şirkətin bu
və ya digər mübahisəli variantları ölçüb-biçdiyini düşünürük. Patentləşdirilmiş
sistemin nə vaxt istifadəyə veriləcəyi hələki bilinmir.
Paylaş
Bənzər xəbərlər