
iPhone SE 2 ilə bağlı ilkin məlumatlar ortaya çıxdı
Elm & Texnologiya
02.12.2019
Nijat
iPhone SE modeli giriş seqmenti bir cihaz olaraq istifadəçilər tərəfindən çox bəyənilmişdi. Həm Apple-ın ikonik dizaynı, həm qiyməti, həm də parametrləri ilə qane edici bir cihaz idi. Uzun zamandır ki, Apple şirkətinin yeni bir SE 2 modeli istehsal edəcəyi danışılır. Təbii ki, rəsmi mənbələr tərəfindən isbatlanmadığı üçün ortada bir məlumat yoxdu. Bu gün aşkarlanan məlumatlara görə şirkət bu aydan etibarən iPhone SE 2 modeli üçün detalları toplamağa başlayacaq.
Çinli bir mənbənin dediklərinə görə iPhone SE 2 telefonu A13 Bionic çipseti ilə istehsal olunacaq və növbəti 3-4 ay ərzində telefon təqdim ediləcək.

Çinli mənbəyə görə Cupertino mərkəzli firma bu aydan etibarən iPhone SE 2 modelinin istehsalında istifadə olunacaq detalları bu aydan etibarən toplamağa başlayacaq. İlk ağıla gələn fikir isə artıq cihazın dizaynının hazır olduğudur. Bundan daha əvvəl Tianfeng International-da analist olaraq işləyən Guo Mingyu bildirmişdi ki, Apple şirkəti 2020-nin ilk rübündə, təxminən Mart aylarında SE 2 modelini təqdim edəcək. və cihaz əsasən iPhone 8-ə bənzər olacaq. Cihazın dizaynı ilə bağlı bir görüntünün sızdırılmadığı üçün bu deyilənlərin nə qədər doğru olduğunu bilə bilmərik.
iPhone SE 2 modeli üçün təxmin olunan parametrləri aşağıdakı kimidir:
- Prosessor: Apple A13 Bionic
- Ram: 3 Gb LPDR4X
- Yaddaş: 64/128 GB
- Rəng seçimləri: Boz, Qırmızı, Ağ
Qiymət olaraq isə ilkin parametrlərdə 399 Dollardan satışa çıxması gözlənilir. Qeyd edək ki, SE 2 modeli üçün 5G nəzərdə tutulmaya bilər. Çünki 5G modulunun əlavə edilməsi cihazın qiymətini artıracaq və giriş seqmenti üçün bahalı bir cihaz olacaqdır.
Paylaş
Bənzər xəbərlər