main-post-cover

    iPhone tətbiqi cinayət işinin üstünü açdı

    Elm & Texnologiya
    15.01.2018
    Farid Pardashunas
    Health tətbiqi bütün müasir iOS versiyalarında mövcuddur.
    Bu tətbiq fon rejimində çalışır və istifadəçinin fiziki məlumatlarını yığır. Məsələn o, istifadəçinin addımlarını sayır və onun aktivliyinin növünü təyin etməyə çalışır. Lakin alman polisləri bu tətbiqdən heç də istiqaməti üzrə işlətməyiblıər. Belə ki, detektivlər tətbiqin məlumatlarından istifadə edərək qətl ilə bağlı cinayət işi üzrə vacib sübutlar əldə ediblər. Söhbət, zorlanmış və qətlə yetirilmiş 19 yaşlı tələbə Maria Ladenburger-in cinayət işindən gedir.
    Bu barədə BBC saytı xəbər verib. Bu işə təqsirləndirilən şəxs kimi qaçqın Hussein K-nı cəlb ediblər. Belə ki, onun üzərində blocklanmış iPhone cihazı aşkar edilib. Hussein isə smartfonu blockdan çıxarmaq tələbini rədd edib. Lakin polislər smartfonu blockdan çıxarda bilən özəl şirkətə müraciət ediblər. Smartfondakı Health tətbiqinə fikir verməmişdən öncə cihazda qeyri-adi bir şey aşkar edilməyib. Cinayətin törədilyi gün tətbiq fiziki aktivliyi təyin edib. Bu aktivlik düşüb qalxma aktivliyi kimi təyin olunub.
    Polislər güman ediblər ki, bu aktivlik Hussein-in Maria-nın cəsədini çaya tərəf apararaq ondan qurtulmağı və sonradan çayın olduğu yerdən yuxarı çıxması ilə əlaqəlidir. Müstəntiq bu versiyanın yoxlanılmasına qərar verib. Beləliklə cəsəddən qurtulmaq və daha sonra geri qayıtmaq hadisəsi imitasiya olunub. Təcrübədə həmin telefon modeli və həmin tətbiqdən istifadə olunub. Nəticədə hər iki halda tətbiqlərdəki məlumatlar eyni olub. Smartfon Hussein-in Maria-nın qətlə yetirilməsi barəsindəki cinayət işinə aidiyyatının olduğunu tam olaraq təsdiqləyib. Polislər həmçinin bildiriblər ki, bu heç də yeganə sübut deyil. İlk öncə cinayətkarın şəxsiyyəti hadisə yerindən tapılmış saç nümunələri ilə təyin edilmişdi. Tətbiq isə Hussein-in gizlətməyə çalışdığı təfərrüatları ortaya çıxardıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər