Logo
    iPhone və ya iPad-dən fotoların Windows-a köçürtməyin üsulları

    iPhone və ya iPad-dən fotoların Windows-a köçürtməyin üsulları

    iPhone və iPad-lərdə fotolar külli miqdarda yığılanda Mac kompüterlərinin istifadəçiləri sinxronlaşmadan istifadə edərək sözügedən cihazlardakı fotoları kompüterə köçirdə bilərlər. Lakin Windows əməliyyat sistemli kompüter istifadəçiləri üçün isə fotoların kompüterə köçürülməsi bir neçə üsul vasitəsilə həyata keçirilir.
    Fotoların fayllar meneceri vasitəsilə Windows-a kopyalanması.
    iPhone və iPad-dən fotoları Windows 10 sistemli kompüterə köçürtmək üçün aşağıdakı əməliyyatları yerinə yetirmək lazımdır:
    - iTunes-u kompüterə yazmaq
    - Lightning-USB vasitəsilə iPhone və ya iPad-ı kompüterə qoşmaq
    - Kompüterin "Start” bölməsindən və ya klaviaturada "Windows + E” yığaraq Windows Explorer-ə daxil olmaq.
    - Açılmış pəncərədə "Computer” qovluğunun yanındakı oxa klikləmək. Bu zaman kompüterə qoşulmuş iPhone və ya iPad-ə uyğun gələn bölməni seçmək
    - Mouse-a iki dəfə klikləyəndən sonra məlumatların saxlandığı bölmədəki DCIM qovluğuna keçmək. Həmin qovluqda cihazdakı bütün fotolar yer alacaq
    - Daha sonra klaviaturada "Ctrl + C” və ya "Ctrl + V” yığaraq lazımi fotoları kompüterə köçürtmək olar. Əgər siz bütün fotoları köçürtmək istəyirsinizsə onda "Ctrl + A” yığaraq bütün fotoları seçə bilərsiniz.
    "Photos” tətbiqi vasitəsilə fotoların Windows 10-a kopyalanması.
    - Bu haldada ilk öncə kompüterə iTunes tətbiqini yazıb iPhone və ya iPad-ı kompüterə qoşmaq lazımdır
    - Daha sonra "Start” bölməsindən Photos tətbiqini işə salırıq
    - Açılmış pəncərənin yuxarı sağ tərəfində Import düyməsi olacaq
    - Həmin düyməyə klikləyib bizə lazım olan fotoları seçərək davam etmək düyməsini klikləyirik
    - Beləliklə bütün seçilmiş fotolar Photos tətbiqinə kopyalanacaq.
    iCloud vasitəsilə fotoların kopyalanması.
    - İlk addım olaraq Windows üçün iCloud tətbiqini yükləmək lazım olacaq. Tətbiqi bu linkdən yükləyə bilərsiniz
    - Daha sonra Apple ID və şifrədən istifadə edərək iCloud-a daxil olmaq lazımdır
    - Açılmış pəncərədə Photos bölməsini seçərək Options düyməsini klikləyirik
    - Açılmış yeni pəncərədə "My Photo Stream” bölməsinin yanında quş qoyuruq, "Upload new photos and videos from my PC” bölməsinin yanındakı quşu isə götürürük
    - Daha sonra "Done” düyməsinə klikləyirik. Bu zaman əvvəlki səhifəyə qayıdırıq və aşağıda yerləşmiş "Apply” düyməsini klikləyirik. Bunları yerinə yetirəndən sonra iCloud-da olan bütün fotolar kompüterə kopyalanacaq.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...