iPhone X artıq dünyanın ən çox satılan smartfonu deyil
Elm & Texnologiya
12.06.2018
Farid Pardashunas
Apple şirkətinin flaqman
smartfonunun məşhurluğunun pik nöqtəsi geridə qaldı. Hal hazırda dünyada ən çox
satılan smartfon adına Galaxy S9 Plus modeli layiq görülüb. Bu barədə
Counterpoint Research şirkəti xəbər verib. Qeyd etmək lazımdır ki, Galaxy S9
Plus bu ilin yaz fəslində satışa çıxıb. Əslində ən çox satılan smartfon modellərinin
yerlərinin dəyişməsi normal haldır. Çünki iPhone X 6 aydan çox bir müddətdə
satışdadır.
iPhone X hələ Aprel ayında ən çox satılan smartfon idi və dünya
smartfon bazarının 2.3%-ni əhatə edirdi. Bir çoxları tərəfindən uğursuzluğa
düçar olacağı düşünülən bir smartfon üçün heç də pis bir nəticə deyil. iPhone 8
Plus modeli də iPhone X ilə eyni səviyyədə gedir və o da dünya smartfon
bazarının 2.3%-ni əhatə edir. Adi iPhone 8 modeli onlardan geri qalmır və
bazarın 2.2%-ni əhatə edir. Bununla belə Apple şirkətinin 3 smartfon modeli
Galaxy S9 və Galaxy S9 Plus smartfonlarından geridə qalır. Belə ki, Samsung
şirkətinin smartfonları dünya smartfon bazarının 2.6%-ni əhatə edir.
“Apple
şirkətinin satışları aşağı düşür, lakin bu, şirkətin səhvləri ucbatından deyil.
Sadəcə olaraq məsələ sezondadır. Yeni smartfon modelləri yaxınlaşır və buna görə
də istifadəçilər hal hazırda satılan modellərə öz maraqlarını itirirlər. Buna
baxmayaraq Apple şirkəti smartfon bazarındakı hegemonluğunu hələ də qoruyub
saxlayır” – deyə analitiklər bildiriblıər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ