iPhone X-ə əlavə edilmiş 8 Android özəlliyi (VİDEO)

13.09.2017 0 PAYLAŞIM 10462 OXUNMA

Son illərdə “Apple”, aktiv şəkildə digər cihazların funksiyalarını öz smartfonunda tətbiq edir. Dünən iPhone X-in təqdimatı zamanı şirkət bildirdi ki, bu cihaz, gələcək dövrün smartfonunu əks etdirir. Şirkətin keçmiş model iPhone-ları ilə müqayisədə iPhone X, innovasiyalı görünür. Lakin digər cihaz istifadəçilərini, iPhone X, özünün innovasiyaları ilə təəccübləndirə bilmədi. İndi isə gəlin baxaq ki, iPhone X, digər cihazlardan hansı funksiyaları özündə birləşdirib.

Naqilsiz şarj sistemi:

İnternetdə şaiyələr gəzirdi ki, iPhone X, Wi-Fi vasitəsilə və ya heç olmasa şarj cihazından bir qədər uzaq məsafə sayəsində enerji yığa biləcək. Reallıqda isə “Apple”, hamıya çoxdan məlum olan standart Qi standartlı naqilsiz şarj sistemindən istifadə etdi. LG Revolution adlı smartfonda bu cür özəllik hələ 2011-ci ildə var idi.

Sürətli şarj özəliyi:

Yalnız bu il şirkət öz smartfonlarında sürətli enerji yığma özəlliyini reallaşdırdı. Şirkətin məlumatına əsasən iPhone X, 30 dəqiqə ərzində 50% enerji yığma qabiliyyətinə sahibdir. Lakin 2013-cü ildə “Qualcomm” şirkəti, Quick Charge 1.0-ı təqdim edəndən sonra bir çox Android smartfonlar, artıq bu funksiyaya sahib idilər. Bundan əlavə olaraq bu müddət ərzində sürətli enerji yığma prosesi daha da inkişaf etdi. Belə ki, Quick Charge 4.0 sayəsində smartfon, 50% enerjini, 15 dəqiqə ərzində yığır. İlin əvvəlində “Meizu” tərəfindən təqdim olunmuş Super mCherge texnologiyası isə 100% enerjini, 20 dəqiqə ərzində yığmağa imkan verir.

Çərçivəsiz dizayn:

iPhone X-in əsas özəlliklərindən biri də onun, çərçivəsiz ekrana sahib olmasıdır. Bu baxımdan “Apple”ın cihazı, digərlərindən fərqlənir və onu hansısa başqa bir smartfonla səhv salmaq mümkün deyil. Lakin bu cür cihazlar, bazarda uzun müddətdir ki, var. Məsələn, 2014-cü ildə hər üç tərəfdən çərçivəsiz olan Sharp Aquos Crystal smartfonu satışa çıxmışdı.

OLED ekran:

iPhone X-də olan əsas yeniliklərdən biri də smartfonun, diod işıqlı texnologiya üzrə hazırlanmış ekrana sahib olmasıdır. “Apple” üçün bu, yeni texnologiya olsa da, hətta büdcəli Android smartfonlar belə, bu ekranla təchiz olunurlar. “Samsung” özü 2009-cu ildə 3.2 inç AMOLED ekrana sahib ilk Galaxy modelini təqdim etmişdi.

HDR kontentin əks olunması:

Günümüzdə daha çox kontent, HDR dəstəyi ilə təqdim olunur. Netflix, Amazon Prime və s. kimi canlı axın servisləri, artıq bu standartın dəstəyini reallaşdırıblar. Galaxy S8, Galaxy S8 Plus, Galaxy Note 8, LG V30, Xperia XZ Premium, Pixel Pixel XL kimi modellərin istifadəçiləri isə HDR kontentdən istifadə etmək imkanını, iPhone istifadəçilərdən daha öncə alıblar.

İstifadəçi üzünün skanı vasitəsilə smartfonun blockdan çıxarılması:

iPhone X-də barmaq izi skanı texnologiyasında tamamilə imtina edilib. Onun yerinə istifadəçi üzünün təyinini reallaşdıran Face ID texnologiyası gəlib. “Apple”, təqdimat çərçivəsində bu texnologiyanın necə çalışdığı barəsində çox danışdı. Lakin bu funksiya, Android 4.0 Ice Cream Sandwich əməliyyat sistemi dövründə olan smartfonlarda mövcud idi. Düzü Android smartfonlar yalnız istifadəçi üzünün fotosunu müqayisə edirlər və bu təhlükəsizlik sistemindən yan keçmək çox asandır. Face ID, isə neyron şəbəkəsi vasitəsilə istifadəçi üzünün unikal 3D modelini yaradır. Beləliklə bu texnologiyanı, istifadəçi üzünün əks olunduğu foto ilə aldatmaq mümkün deyil.

Artırılmış reallıq:

Şirkət həmçinin təqdimat vaxtı, artırılmış reallıq texnologiyasına da bir xeyli vaxt ayırdı. Lakin “Google” şirkəti bu istiqamətdə bir neçə ildir ki, çalışır və hətta Tango AR platforması əsasında bir sıra cihazları da təqdim etmişdi. 2016-cı ildə isə Tango AR platformasını dəstəkləyən Lenovo Phab 2 Pro smartfonu təqdim olunmuşdu.

İkiqat optik zoom özəllikli ikili arxa kamera:

iPhone X, 12 MP-lik ikili arxa kamera ilə təchiz olunub. Hər iki kamera da optik stabilizasiya sisteminə sahibdir. Bunun sayəsində ikinci obyektiv vasitəsilə yüksək keyfiyyətli fotolar çəkmək mümkündür. “Samsung”, bu cür funksiyanı, keçən ay Galaxy Note 8-də təqdim etmişdi.

Bu ilk hal deyil ki, “Apple”, digər istehsalçıların texnologiyalarını öz məhsulunda tətbiq edir. Lakin məhz bu şirkət, həmin texnologiyaların istifadəsini irimiqyaslı edir. Misal olaraq barmaq izi skanı texnologiyasını gətirmək olar. Artırılmış reallıq texnologiyası, “Apple”dan öncə də var idi. Lakin şirkətin ARKit platforması (artırılmış reallıq tətbiqlərinin hazırlanması üçün platforma) sayəsində tərtibatçılar bu istiqamətdə maraqlanmağa başladılar.