iPhone X gölün dərinliyində keçirilmiş 2 həftədən sonra sağ qalıb (VİDEO)
Elm & Texnologiya
13.06.2018
Farid Pardashunas
Man+River YouTube kanalının müəllifi
adətən göllərin dərinliklərində üzüklər, boyunbağılar və s. kimi əşyaların
axtarışında olur və tapdığı əşyalar haqqında videolar çəkir. Lakin gördüyü bu
iş əsnasında o ilk dəfə daha vacib bir şey tapıb. Belə ki, daha bir axtarış
zamanı videobloqqer gölün dərinliyində iPhone X smartfonunu tapıb. O, tapılmış
smartfonu 3 gün ərzində qurudub və daha sonra onu yandırıb. Nəticədə möcüzə baş
verib. Smartfon nəinki yanıb hətta normal çalışmağa da başlayıb. Həmçinin nəzərə
almaq lazımdır ki, smartfon suya davamlı xüsusi keysdə olmayıb. Onun IP67
standartı üzrə sudan qoruma özəlliyi isə yalnız 30 dəqiqə ərzində suya davamlı
olur. Tapılmış iPhone X gölün dərinliyində 2 həftə qalıb. Nəticədə videobloqqer
smartfonun sahibi ilə əlaqə yaradıb və smartfonun sahibi etiraf edib ki, 2 həftə
öncə iPhone X-i gölə düşürdüyü üçün onunla həmişəlik vidalaşıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək